İsraildə naməlum silahlı şəxs İordaniya vadisində magistral yolda avtobuslara və avtomobillərə atəş açıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, terror aktı nəticəsində otuz yaşlı kişi ağır yaralanıb, iki qurban yüngül xəsarət alıb, onlardan biri on üç yaşlı uşaqdır.
Atəş açılan avtobus zirehli olduğundan çoxlu sayda insan tələfatının qarşısı alınıb.
Hücum yerində İDF magistral yolu bağlayıb, maneələr qurub, pilotsuz uçuş aparatları və helikopterləri işə salıb. Hazırda silahlı şəxsin axtarışları davam etdirilir.
Hadisə şahidlərinin və müşahidə kameralarının görüntülərinə görə, terrorçu yaşıl forma geyinib, yolun kənarında dayanıb və uzun lüləli silahdan atəş açıb.
Medianews.az