İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət barədə xəbərdarlıq edib.
Medianews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb:
“Adıçəkilən ölkələr hazırda qaçınılması lazım olan istiqamətlərdir”.