Myanmada 2021-ci ildə baş vermiş hərbi çevrilişdən bəri ölkəni idarə edən xunta tərəfindən iki kişi yandırılaraq edam edilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, 20 yaşlı Thar Htaunq və 21 yaşlı Pho Thay Xalq Müdafiə Qüvvələri üsyançı hərəkatının üzvləri idi.
Onlar, noyabrın 7-də şiddətli döyüş zamanı xunta nümayəndələri tərəfindən əsir götürüldülər. Nəşr edamın görüntülərini öyrənə və onun döyüş yerindən bir qədər aralıda eyni gündə baş verdiyini müəyyən edə bilib.
Məlumata görə, gənclər xuntadan mərhəmət diləsələr də, ağaca bağlanaraq diri-diri yandırılıblar.
Medianews.az