Çita Qarnizonu Hərbi Məhkəməsi hərbçi Artur Jdanovu saxta sürücülük vəsiqəsindən istifadə etdiyinə görə 60 min rubl cərimələyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə məhkəmənin məlumatına görə, 2023-cü il noyabrın 14-də hərbçi teleqram vasitəsilə naməlum şəxsdən saxta sürücülük vəsiqəsi alıb və atıcıya şəklini, ödənişini göndərib.
Dekabrın 6-da sənədlər hazır olub. Ancaq ertəsi gün Jdanov yol polisi müfəttişi tərəfindən dayandırılıb.
Medianews.az