Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə məlumatında deyilir ki, Saxalinin cənubunda 3 həvəskar balıqçının qırılan buzlaqdan çıxarılması üçün xilasetmə əməliyyatı aparılır.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Oxotskoye kəndi ərazisində (Korsakovski rayonu) əsən külək nəticəsində buz parçası qoparaq sahildən 1 km uzaqlaşıb. Bildirilir ki, buzlaqda üç nəfər var.
Hadisə yerinə PSO-nun xilasediciləri göndərilib. Bundan başqa, xilasetmə əməliyyatında Korsakov vilayətinin axtarış-xilasetmə bölməsinin mütəxəssisləri iştirak edir.
Medianews.az