KXDR-in dövlət televiziyasında britaniyalı aparıcı Alan Tiçmarşın cins şalvarı blur edilib. Səbəb isə Pxenyanın cins şalvarı ABŞ imperializminin simvolu hesab etməsidir.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, tanınmış bağban Alan Tiçmarş “Bağ sirləri” şousunun aparıcısıdır. Onun sakit davranışı və faydalı verilişi Şimali Koreyanın diqqətini çəkib. Nəticədə 2022-ci ildən proqram ölkədə də yayımlanmağa başlayıb.
Lakin Tiçmarşla bağlı KXDR senzurasının bağışlaya bilməyəcəyi bir şey var: onun cins şalvarı.
Geyimə senzura şimali koreyalıları Qərb mədəniyyətinin təsirindən qorumaq kampaniyasının bir hissəsidir.