23 yaşlı gənc 7 yaşlı qızı pişiklərlə aldadaraq zorlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə Kareliya Respublikasında baş verib.
Cinayətkar nənəsigildən evə qayıdan azyaşlı qızla qarşılaşıb və onun diqqətini pişik balaları ilə cəlb etdikdən sonra, ona təcavüz edib. Uşağın Başqırdıstan sakini olan anası polisə müraciət edib.
Regional İstintaq Komitəsinin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də oxşar cinayətlərə görə məhkum olunmuş 23 yaşlı yerli sakin saxlanılıb. Dindirilmə zamanı o, hər şeyi etiraf edib.
Hazırda faktla bağlı “Azyaşlının cinsi toxunulmazlığı əleyhinə əvvəllər törətdiyi cinayətə görə cinayət keçmişi olan şəxs tərəfindən zorlama və cinsi zorakılıq” maddəsi ilə cinayət işi açılıb. Qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.
Medianews.az