Türkiyənin Dənizli vilayətində hər gecə tələbə qızın yaşadığı evin həyətinə gələn kişi saxlanılıb.
Medianews.az xəbər verir ki, təxminən 2 aya yaxındır gənc qızı izlədiyi deyilən kişinin dövlət müəssisəsində təhlükəsizlik müdiri işlədiyi məlum olub.
Davam edən təqiblərə görə yata bilmədiyini deyən gənc qız 3 ildir yaşadığı evdən köçməli olub. Hadisə ilə bağlı şübhəli şəxs C.G. saxlanıldıqdan sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Gənc qız hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntülərini polislərə təqdim edib.