Gəncə şəhərinin ən böyük qəsəbəsində antisanitar vəziyyət hökm sürür.
Medianews.az xəbər verir ki, bu barədə Sadıllı qəsəbəsinin bir qrup sakininin redaksiyamıza ünvanlandığı müraciətdə qeyd olunub.
Bildirilib ki, Sadıllıdan keçən su arxına Gəncə şəhərinin bu qəsəbəyə qədər olan ərazilərində yaşayan sakinlər tərəfindən məişət tullantıları atılır.
Nəticədə həm su hövzəsi çirkləndirilir, ekologiyaya ziyan vurulur, həm də bu tullantılar su arxının Sadıllı-Poçt qəsəbələri arasındakı hissəsində, Gəc Zavodunun yaxınlığında toplanır, asfalt yolun kənarında, körpünün altında antisanitar vəziyyət yaradır.
Hadisə yerindən videogörüntü yollayan sakinlərin iddiasına görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da problem öz həllini tapmayıb.
Vüqar MƏMMƏDOV