Bakıda qadının ölümü ilə nəticələnən hadisə baş verib.
Medianews.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, martın 26-sı Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, ötən gün FHN də paytaxtın Binəqədi rayonunda 1 nəfərin liftdə qalaraq ölməsi barədə məlumat yaymışdı.