21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Medianews.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.
“Azərsun Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib – 0:3. Qolları Aleksandr Yatsık (25`), Oleq Oçeretko (40`), Valentin Rubçinskiy (56`) vurublar.
Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.
U-21 yığmamız martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.
Matçın videoicmalını təqdim edirik: