Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izinin olmasını açıqlayıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, A.Bortnikov bu cür məlumatların terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alındığını söyləyib.
O qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub.