Bu gün “Gənclik Mall”da autizm xəstəliyindən əziyyət çəkən Kənan adlı yeniyetmə ticarət mərkəzinin tualetində döyülüb.
Medianews.az xəbər verir ki, sözügedən hadisə ilə bağlı sosial mediada da məlumatlar yayılıb.
Həmin hadisə ilə bağlı ətraflı məlumatlar Aytən (aytenhamza) adlı bloger tərəfindən sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı “Gənclik Mall”un sosial şəbəkə hesabında açıqlama verilib.
“Hörmətli “Gənclik Mall” qonaqları və sevənləri, sosial şəbəkələrdə yer alan mövzu ilə bağlı Kənan bəy və Aytən xanıma öz təəssüf hisslərimizi çatdırmaq və “Gənclik Mall” olaraq tam dəstək verməyə hazır olduğumuzu vurğulamaq istərdik. Aidiyyatı dövlət qurumları ilə çiyin-çiyinə verərək bu məsələnin həlli üçün dəstək verməyə tam açığıq. “Gənclik Mall” olaraq hər bir qonağımızın rifahı bizim əsas məqsədimizdir”,-deyə açıqlamada bildirilib.
Məlumat üçün onu da bildirək ki, sözügedən məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov da reaksiya verib.
“Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”, -deyə Z.Hüseynov bildirib.
Medianews.az