Türkiyənin Sakarya Şəhər Valisi və Sakarya Universiteti rektorluğunun təşəbbüsü ilə Novruz bayramı tədbiri keçirilib.
Medianews.az xəbər verir ki, Sakarya Universitetində ali təhsil alan türk kökənli dövlətlərdən olan tələbələrinin iştirakı ilə keçirilən tədbir maraqlı anlarla yadda qalıb.
Tədbirə Sakarya şəhərinin valisi Yaşar Karadəniz, Sakarya Universitetinin rektoru, professor-doktor Həmzə Al , həmçinin valiliyin və təhsil müəssisəsinin kollektivi də qatılıb.
Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistandan və sair türk dövlətlərindən olan tələbələr tədbirdə öz milli-mədəni adət-ənənələrini əks etdirən müxtəlif maraqlı çıxışlar edib, proqramlar, rəqs nümunələri göstəriblər.
Tədbirin ərsəyə gəlməsində azərbaycanlı tələbələr içində Sakarya Universitetinin doktorantı, Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndi kökənli Ülvi Əfqan oğlu İbrahimov da fəal şəkildə iştirak edib.
O, Azərbaycanın Novruz adət-ənənələri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbir Novruz tonqalı qalamaq və ağac əkilməsi ilə sona çatıb.
Alpər TURAN