Türkiyənin Trabzon şəhərində cəsədi tapılan 19 yaşlı universitet tələbəsi Rezzan Yelin intihar etdiyi müəyyənləşib.
Medianews.az xəbər verir ki, zəlzələdən sonra ailəsi ilə birlikdə Kahramanmaraşdan Trabzona köçən Rezzan Yelin cib telefonu ilə yaxın dostuna “haqqını halal et” mesajı göndərdiyi də məlum olub.
Universitet imtahanlarına hazırlaşdığı bildirilən Rezzan Yelin cənazəsi Trabzon Ədli Tibb Qurumunda aparılan ekspertizadan sonra məmləkətinə göndərilib.
Hadisə ilə bağlı araşdırmalarını davam etdirən polis qrupları, çimərlikdəki bütün təhlükəsizlik kameralarını araşdırıb və hadisə şahidlərini dinləyib.
Medianews.az