Xəbər verdiyimiz kimi, İstanbulda metro stansiyasında mühafizəçi işləyən Gülnihal Karadereli bıçaqla hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, xəstəxanaya aparılan yaralı qadınln üzünə 40 tikiş qoyulub.
Baş verən ücum anı stansiyanın təhlükəsizlik kamerasına düşüb. Hadisəni törədən şəxs qısa zamanda saxlanılıb.
Hücum edənin daha əvvəl də ona zəng etdiyini deyən qadın başına gələnləri danışıb: “Mənə dedi ki, işimi itirsəm səni öldürərərm. Təxminən 2 ildir Çetin Aktay tərəfindən təyziqlərə məruz qalmışam. Bu vəziyyət məni son dərəcə narahat etməyə başladı. Mən davamlı olaraq bu kimi mesajlar və zənglər alırdım. Həm işdə, həm də şəxsi həyatımda izlənirdim. Mən məsələnin prezidentimizə çatdırılmasını istəyirəm. Prezidentimizə güvənirəm. İstərdim ki, bu məsələ ilə bağlı cəzalar artırılsın. Ehtiyat tədbiri görülsəydi, bəlkə də bu vəziyyətə düşməzdim. Tədbirlərin artırılmasını istəyirəm. Hadisənin unudulub bir aydan sonra bağlanmasını istəmirəm. Bu adam çöldə gəzməsin. Bu gün məni bu hala salan sabah başqasını da məndən betər hala gətirəcək”.
Medianews.az