Rusiyada seçkilərdə qələbə qazandığını elan edən prezident Vladimir Putin ilk dəfə Aleksey Navalnının həbsxanada müəmmalı şəkildə ölümündən danışıb.
Medianews.az xəbər verir ki, Putinin verdiyi açıqlamalar “qətl etirafı” kimi şərh edilib.
“Yalnız bir şərtim var idi, o da bir daha geri qayıtmaması idi. Amma nə edə bilərik, həyat, olan oldu”,-deyə V.Putin bildirib.
Qeyd edək ki, Rusiya müxalifətinin ən önəmli simalarından olan Navalnı ötən ay həbsxanada dünyasını dəyişib və onun tərəfdarları bu məsələdə Putin administrasiyasını günahlandırıb. Kreml isə müxalifətçinin təbii səbəblərdən öldüyünü iddia edib. Almaniyada zəhərlənmə şübhəsi ilə uzun müddət xəstəxanada qaldıqdan sonra Rusiyaya qayıdan Navalnı 2021-ci ildən həbsxanada saxlanılırdı. Müxalifət liderinin həbsxanada işgəncələrə məruz qalması və zəhərlənməsi ilə bağlı iddialar da gündəm olub.
Medianews.az