Kareliya Respublikasında piyada yolun ortasında dayandığı üçün cəzalandırılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, polis və məhkəmə piyadanın bu hərəkətini yol hərəkəti qaydasının pozulması kimi qiymətləndiriblər.
Polis əməkdaşları yolun ortasında qəribə bir adam görüblər. Təhlükəsizlik qüvvələri ondan bir neçə dəfə səkiyə qayıtmasını və piyadalar üçün nəzərdə tutulan ərazidən hərəkətini davam etdirməsini istəsələr də, kişi bu tələbə məhəl qoymayıb.
Sonra polis tərəfindən piyada barəsində İnzibati Xətalar Məcəlləsinin “Polis əməkdaşının ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qanuni tələbinə tabe olmama” maddəsi ilə protokol tərtib edilib.
Məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəldiyi nəticə ilə razılaşaraq, həmin şəxsə iki min rubl məbləğində cərimə kəsib. Kareliya məhkəmələrinin birgə mətbuat xidmətinin verdiyi məlumata görə, məhkəmə iclasında kişi günahını etiraf edib və peşman olub.
Medianews.az