Türkiyənin məşhur aktrisası Gökçe Bahadırın yaşadığı lüks villa üçün ödədiyi kirayə pulunun məbləği hər kəsi heyrətləndirib.
Medianews.az xəbər verir ki, əri Emir Ersoyla birlikdə Boğaziçi mənzərəli evə köçən Gökçe Bahadırın evinin kirayəsinin 270 min TL olduğu məlum olub.
Bodrumda öz zövqünə uyğun villa təmir etdirməyə başlayan cütlük İstanbuldakı evləri ilə də gündəmi zəbt edib.
Qeyd edək ki, cütlüyün villasında onlardan əvvəl “Qalatasaray”ın keçmiş ulduzu, məşhur futbolçu Xuan Mata yaşayırdı.
Medianews.az