“Depressiya adi emosional tənəzzüldən xəstənin müalicəsində mühüm rol oynayır və sağalma şansını artırır”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu psixoterapevt İrina Kraşkina bildirib.
Kraşkinanın fikrincə, depressiya uzun sürən psixo-emosional vəziyyətdir və özünə zərər də daxil olmaqla ciddi nəticələrə gətirib çıxarır. Emosional tənəzzül qısamüddətli xarakter daşıyır və çox vaxt həddindən artıq iş, həyatda uğursuzluqlar və narahatlıqlar səbəb olur. Həkim qeyd edib ki, insanı psixoloji problemlərdən xilas etməyin taktikası diaqnozun düzgünlüyündən asılıdır.
“Depressiya və emosional tənəzzül arasında fərq qoymaq üçün simptomların müddəti və intensivliyinə diqqət yetirmək vacibdir. Əgər mənfi emosiyalar və davranış dəyişiklikləri iki həftədən çox davam edərsə və insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salırsa, bu, depressiyadan xəbər verə bilər və mütəxəssis müdaxiləsini tələb edir”, – Kraşkina izah edib.
Medianews.az