İstanbulda anası ilə yolu keçmək istəyən 5 yaşlı qızı avtomobil vurub.
Medianews.az xəbər verir ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Qəza zamanı zərbənin gücü ilə azyaşlı qız ağır yaralanıb. Hadisə yerinə gələn təcili yardım yaralı uşağa ilkin tibbi yardım göstərib, daha sonra onu müalicə üçün xəstəxanaya çatdırıblar. Hadisə anının görüntüləri təhlükəsizlik kamerasına da düşüb.
Medianews.az