Çində ev dovşanı 11 aylıq qızın barmağını dişləyib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Anhui əyalətinin Lixin rayonundan olan Nini adlı qız Jiang soyadlı nənəsini ziyarət edərkən ağır yaralanıb.
Qadın nəvəsi üçün səhər yeməyi hazırlamaq üçün mətbəxə keçib, lakin birdən onun qışqırtısını eşidib. Jiang qızın yanına qaçıb və şəhadət barmağının bir hissəsinin əskik olduğunu aşkar edib. Məlum olub ki, dovşanla qəfəsin yanında dayanan Nini barmağını qəfəsə salıb və onu ev heyvanı dişləyib.
Jiang dərhal baş verənlər barədə qızın valideynlərinə məlumat verib. Nini xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Lakin panikaya düşən ailə üzvləri onun kəsilmiş hissəsini tapmağa vaxt tapmadığından qız barmağını xilas edə bilməyib.
Medianews.az