Odnoklassniki (OK) sosial şəbəkəsi hobbi ilə bağlı pulsuz təhsil məzmununun mövcud olacağı “Ustad dərsləri” bölməsini işə salır.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, artıq sosial şəbəkə istifadəçiləri müxtəlif hobbilərlə bağlı təlim keçə biləcəklər.
Yeni bölməni OK-də “Hobbilər” xidmətində tapmaq olar. Xüsusilə yeni bölmə üçün ekspertlərdən peşəkar videolar çəkilib. Təlim videolarından əlavə, istifadəçilər mətn təlimatlarını oxuya, həmçinin şərhlərdə master-klassın müəllifinə aydınlaşdırıcı suallar verə biləcəklər.
Məlumata görə, OK-un yeni funksionallığı bacarıq səviyyənizdən asılı olmayaraq, hobbinizi pulsuz və rahat şəkildə inkişaf etdirməyə kömək edəcək. Üstəlik, ustad dərslərinin müəllifləri tamaşaçılardan ianə ala biləcəklər. Məzmundan təkcə böyük bloggerlər və bizneslər deyil, adi istifadəçilər də pul qazana bilər.
Medianews.az