Almaniya parlamentinin (Bundestaq) aşağı palatasının üzvü Sara Vaqenknext Qərb ölkələrini Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb və danışıqlara başlamağı təklif edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə alman siyasətçi Welt telekanalında çıxışı zamanı bildirib.
“Düşünürəm ki, Rusiya son bir neçə ildə müəyyən dərəcədə danışıqların mümkün olduğunu göstərib. Məsələn, İstanbulda danışıqlar olub , mütəmadi olaraq əsirlərin mübadiləsi, taxıl sövdələşməsi üzrə danışıqlar aparılır”, – Vaqenknext qeyd edib.
Onun fikrincə, danışıqlar asan deyil, lakin Kiyevə silah verilməsi Ukrayna münaqişəsinin sona çatmasına birmənalı kömək etməyəcək.
Vaqenknext Almaniya hökumətinin Rusiya ilə dialoqdan imtina etməsindən qəzəbləndiyini də bildirib. O, Moskvaya qarşı tətbiq edilən sanksiyaları tənqid edib və iki ölkə arasında əməkdaşlığın bərpasına çağırıb.
Medianews.az