Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və Magistratura şöbəsinin müdiri dos.F.Rzayeva, o cümlədən bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Dokuz Eylül Universitetinə səfər ediblər.
Medianews.az xəbər verir ki, Təcrübə Mübadilə Proqramı çərçivəsində Cümhuriyyətin Ege Universiteti və Dokuz Eylül Universitetinin rəhbərliyi ilə görüş keçirilib.
Türkiyə və Azərbaycanın müasir təhsil siyasəti müzakirə edilib, ikili diplom proqramlarının reallaşdırılması, dərsdinləmələrdə iştirak təmin olunub və magistratura səviyyəsi üzrə təhsil alan şəxslərlə tədqiqat üsulları mövzusunda müzakirələr aparılıb. Eyni zamanda xüsusi təhsil, məktəbəqədər təhsil üzrə mövcud proqramlar müzakirə olunub və Azərbaycanda tətbiq edilən proqramlarla müqayisələr aparılıb.
Ölkəmizi təmsil edən müəllim heyəti xüsusi təhsil, məktəbəqədər və ibtidai təhsil istiqamətində kadr hazırlığı, zəruri kompetensiyaların mənimsədilməsi və s. mövzularda müzakirələr həyata keçirib, əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə razılıq əldə ediblər.
Medianews.az