Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu mənim baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.