8-11 mart tarixində Türkiyənin Van şəhərində Dünya BUDO Döyüş Sənəti Federasiyası tərəfindən açıq qitələrarası BUDO döyüş sənəti çempionatı keçirilib.
Medianews.az xəbər verir ki, müxtəlif ölkələrdən yarışçıların iştirak etdiyi çempionatda Azərbaycanı Abşeron rayonu Mehdiabad qəsəbəsinin 1 saylı tam orta məktəbinin şagirdləri layiqincə təmsil ediblər.
Öz çəkilərində rəqibləri üzərində inamlı qələbə qazanan Mahir Şahin oğlu Sadıqov, Əli Sərvin oğlu Əhmədli və Həbib Mənsum oğlu Qafarlı ayrı-ayrılıqda 1-cı yeri tutaraq qızıl medala və çempionluq diplomuna layiq görülüblər.
Qeyd edək ki, Mahir Sadıqov, Əli Əhmədli, Həbib Qafarlı Mehdiabad qəsəbə 1 saylı tam orta məktəbin 5A, 7A və 11Ç sinif şagirdləridirlər.
Alpər İSMAYIL