ABŞ-ın keçmiş maliyyə naziri Stiven Mnuçin “TikTok” sosial şəbəkəsini əldə etmək üçün investorları birləşdirməyi təklif edib.
Medianews.az xəbər verir ki, bu barədə o, NBC televiziyasına məlumat verib.
O, TikTok-u qadağan edən qanun layihəsinin qəbulunu istisna etməyib.
“”TikTok satılmalıdır. Bu əla biznesdir və mən “TikTok”u almaq üçün bir qrup yaratmağı planlaşdırıram”, – o deyib.
Xatırladaq ki, nartın ortalarında ABŞ prezidentliyinə namizəd Donald Tramp “TikTok”un ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını bildirib .
Bundan əvvəl ABŞ prezidenti Co Bayden bildirmişdi ki, sənəd Konqres tərəfindən təsdiqlənərsə, ölkədə “TikTok”u qadağan edən qanun layihəsini imzalayacaq.
Martın 8-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Ticarət və Enerji Komitəsi yekdilliklə ABŞ-da “TikTok”a qadağa qoyulmasına səbəb ola biləcək qanun layihəsini təsdiqləyib.