Türk lirəsi xarici valyutalar qarşısında möhkəmlənməyə başlayıb.
Medianews.az FED.az-a istinadən xəbər verir ki, Türkiyədə dollar 1,1% geriləyərək 6,09 lirə səviyyəsinə enib.
Bakı vaxtı ilə saat 21:10-a olan göstəriciyə görə, bu, ABŞ valyutasının 0,07 lirə ucuzlaşması deməkdir.
Bu saatlarda avronun da geriləməsi müşahidə edilir. Həmin tarixdə avro 1,17% ucuzlaşaraq 7,17 lirəyə çatıb.