Bakıda məktəbliləri təhdid edən qrup peyda olub.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, “Teleqram”da “Халифат Азeрбайджан” adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.
Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək məktəblərə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər: “16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız” deyə, mesajda bildirilir.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Musavat.com-a bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.