İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xankəndidə də qeyd olunub.
Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda tonqalın ətrafına toplaşaraq sevinclə bayramı qeyd edən, “Yaşa Azərbaycan” mahnısı ilə əl-qol açıb oynayan Xankəndi sakinlərini görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik: