Bu gün Azedu.az təhsil portalının 6 yaşı tamam olub.
Medianews.az xəbər verir ki, Azedu.az 2018-ci ilin mart ayının 1-dən fəaliyyətə başlayıb.
Azedu.az ölkədə və dünyada baş verən ən vacib təhsil hadisələrini jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, Azərbaycan oxucusuna çatdırır.
Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edirik.
Azedu.az Təhsil Portalı ötən 6 il ərzində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
Medianews.az saytı olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.