Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Medianews.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.
“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq”, – açıqlamada deyilir.(Musavat.com)