Türkiyədə oğurluq hadisəsi baş verib.
Medianews.az KİV-ə istinadən xəbər verir ki, mağaza sahibi silahlı soyğuna cəhd edən maskalı cütlüyü zərərsizləşdirib.
Məlumata görə, Esentepe məhəlləsində zərgərə gələn azərbaycanlı Öznur H. (22) və sevgilisi Enes E. (26) quldurluğa cəhd ediblər.
Enes E. silahını doğruldaraq qızılları zərgərdən istəyib. Bu zaman hadisəni görən digər dükan sahibi zərgər ilə birlikdə soyğunçuları zərərsizləşdirib.
Cütlüyün polis bölməsində verdikləri ifadədə evlənmək üçün pul tapa bilmədiklərini və bu səbəbdən zərgəri soymağa çalışdıqlarını iddia etdikləri öyrənilib.(Referans.az)