2027-ci ildən abituriyentlər ali məktəbə daxil olmaq üçün vahid milli imtahanlarla yanaşı, dövlət imtahanını da verməli ola bilərlər.
News24.az xəbər verir ki, bu barədə təhsil, elm və gənclər nazirinin ümumi təhsil üzrə məsləhətçisi Qia Murğulia məlumat verib.
Onun qeyd etdiyinə görə, Gürcüstan məktəbdən ali təhsilə keçidlə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş təcrübədən geri qalmamalıdır.
Onun izahatına görə, ali təhsilə qəbul üçün zəruri olacaq dövlət imtahanı SAT tipli olacaq.
“Biz təsdiq edirik ki, belə yanaşma var. Məsələn: əgər bu gün tələbə qərb universitetində təhsilini davam etdirmək qərarına gəlsə, şübhəsiz ki, məktəbdə son dörd ilin nəticələrini tələb edəcəklər. Məktəbdən ali məktəbə keçidin beynəlxalq səviyyədə qəbul edilmiş təcrübəsi var və bu, uğurlu təcrübədir, Gürcüstan da geridə qalmamalıdır. Versiya belə görünür: 1. 12-ci sinifdə şagirdləri NAEC tərəfindən keçiriləcək milli imtahan verəcəklər. Bu, CAT tipli imtahan olacaq. 2. Çox güman ki, son bir neçə sinifin qiymətini özündə birləşdirən ortalama bal. 3. Ali məktəbə qəbul olmaq üçün verilən dövlət imtahanı. Bu, SAT ilə təxminən eyni növ testdir. Bütün bunlar, hələlik, versiya səviyyəsindədir. 4. Universitet özü nə təklif edir. Bu seçim baxımından daha obyektiv sistem olacaq. Həmçinin, hazırkı modellə, bəzi fakültələrə qiymətiniz yetərsə, qəbul olursunuz. Bir sözlə, indi bu ideyanın həlli istiqamətində iş gedir”, – Murğulia bildirib.