Sağlam qidalanma və nizamlı idman yağ yandırmaq üçün əvəzolunmaz üsullar olsa da, fərqli müalicə tətbiqi ilə bu prosesi sürətləndirmək mümkündür.
Pəhrizlərdə mütəxəssislər tərəfindən tövsiyə olunan bir çox qidalar var. Bunlardan biri qatıqdır. Ancaq qida dəyəri çox yüksək olan qatıqdan başqa, bir təklif var. Qatığa bəzi inqrediyentlər əlavə etməklə onu daha təsirli edə bilərsiniz.
Üstəlik, bu üsul yatarkən belə yağ yandırmağa qabildir. Bu müalicə üsulunda qatığa limon suyu və sarıkök və ya qırmızı istiot əlavə edilir.
Yenisabah.az piylərin əriməsini sürətləndirən qatıq müalicəsini təqdim edir:
Qatıq tərkibindəki kalsium və kalium kimi minerallar, müxtəlif amin turşuları və faydalı bakteriyalar sayəsində həzm sistemi üçün əhəmiyyətli təsirə malikdir. Onun müntəzəm yeyilməsi hüceyrələrin bədəndən artıq yağları çıxarmasında mühüm rol oynayır. Həm də həzm sisteminə mənfi təsir göstərən zərərli bakteriyaların məhvinə dəstək verərək arıqlama prosesini sürətləndirir.
Qatığın faydalı xüsusiyyətlərinə təzə sıxılmış limon suyu əlavə edilərək bu qarışıq daha təsirli hala gətirilir. Çünki limon bədənin pH balansını tənzimləyərək qələvi tarazlığı qoruyur. Bundan əlavə, tərkibindəki C vitamini sayəsində meydana gələn antioksidant təsiri ilə limon pəhriz saxlayanların qidalanma proqramında mühüm rol oynayır.
Sarıkök xüsusən yağlı qaraciyərə qarşı bədənə verdiyi əhəmiyyətli dəstəyi ilə tanınır. Buna görə də yağ yandırılmasını dəstəkləmək üçün qarışığın əvəzsiz tərkib hissəsi hesab olunur.
Qırmızı istiot tərkibindəki kapsaisin adlı birləşmə sayəsində arıqlama prosesinə töhfə verə bilər. Kapsaisin temperatur və təzyiq tarazlığını tənzimləməkdə təsirli olduğu üçün bədəndəki lazımsız yağların sürətlə yandırılmasını və atılmasını dəstəkləyir.
Bu maddələr düzgün birləşdirildikdə bədəndə yağların effektiv şəkildə yandırılmasına kömək edə bilərlər. Üstəlik, iddiaya görə, onlar biz yatarkən belə bu prosesi həyata keçirə bilirlər.