Türkiyənin Kahramanmaraş vilayətində növbəti dəfə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:20-də Kahramanmaraşın Nurhak rayonunda 4,1 maqnitudada zəlzələ olub.
Yeraltı təkanlar yerin 6.97 km dərinliyində qeydə alınıb.