Yanvarın 7-də axşam Kaliforniyanın Beverli-Hillz şəhərində 81-ci “Qızıl qlobus” mükafatlandırma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə The İnsıder yazır.
İlin ən yaxşı dramatik filmi Kristofer Nolanın “Oppenqeymer” filmi olub. Nolan özü “Ən yaxşı rejissor”, Robert Oppenqeymer rolunu oynayan aktyor Killian Mörfi isə “Ən yaxşı aktyor” kateqoriyasında “Qlobus” mükafatını alıb.
Ən yaxşı komediya və ya müzikl: Yorqos Lantimosun “Bədbəxlər” (Poor Things) filmi
Ən yaxşı cizgi filmi: Hayao Miyazakinin “Oğlan və quş” filmi.
Ən yaxşı aktrisa: Lili Qladstoun, “Çiçəkli Ayın qatilləri” (Killers of the Flower Moon)
Komediya və ya müziklda ən yaxşı aktyor: Pol Camatti, “Tərk edilmişlər” (The Holdovers)
Komediya və ya müziklda ən yaxşı aktrisa: Emma Stoun, “Bədbəxlər”
Ən yaxşı ikinci plan aktyoru: kiçik Robert Dauni, “Oppenqeymer”
Ən yaxşı ikinci plan aktrisası: Davayn Coy Randolf, “Tərk edilmişlər”
Xarici dildə ən yaxşı film: fransız filmi “Enişin anatomiyası” (Anatomie d’une chute), rejissor Jüstin Triye
Ən çox gəlir gətirən film: Qreta Qerviqin “Barbi” filmi.