“Bunun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var deyə, ucdantutma jurnalistlərə ev vermək doğru deyil. Adama deyərlər ki, əgər sənin öz ehtiyacını ödəyə biləcək qədər beynin yoxdursa, sən nə edirsən bu peşədə? Hər bir peşənin arxasınca gedən adam ilk növbədə düşünməlidir ki, mən orada özümü tapacağam, ya yox”.
Medianews.az xəbər verir ki, bu barədə Real TV-nin Baş direktoru Mir Şahin Ağayev “TV Musavat”ın canlı efirində bildirib.
O qeyd edib ki, əgər kimsə özünü bu peşədə tapa bilmirsə, üstəlik jurnalistika ilə məşğul olmaq istəyirsə, burada sağlam məntiq yoxdur: “Sən ya jurnalistikada olacaqsan və özünü təmin edəcəksən, ya da jurnalist olmayıb gedib olacaqsan pambıq yığan, Cəlilabad yollarında çiyələk satan”.
Daha ətraflı videomaterialda: