Erməni teleqram kanallarında Azərbaycan Silahlı Qüvvələrinin sentyabrda keçirdiyi antiterror tədbirləri ilə bağlı görüntülər yayılır.
Medianews.az Ölkə.az-a istinadən xəbər verir ki, videoya əsasən guya Azərbaycan əsgərlərinin öldürüldüyü iddia edilir.
Kadrlarda sadəcə olaraq uzanan əsgərlər görünür, onların Azərbaycan hərbçiləri, yoxsa erməni terrorçuları olduğu aydın deyil.
“Bez tormozov” teleqram kanalı isə videonu incələyib (2-ci video) və əsgərlərin sağ olduğunu ortaya çıxıb.
Amma əldə olunan məlumata görə, kadrlarda yer alan hərbçilər erməni əsgərləridir.