Türkiyəli məşhur müğənni Gökhan Özən bu gün konsert üçün Bakıya gəlib.
Medianews.az xəbər verir ki, səhər saatlarında paytaxta gələn sənətçi konsertdən öncə şəhər gəzintisinə çıxıb.
Dənizkənarı Milli Parkda gəzişən türkiyəli ulduz, görüntülərini şəxsi “instagram” hesabında paylaşıb.
Axşam saatlarında Bakı Konqres Mərkəzində pərəstişkarlarının qarşısına çıxan ulduz konsertində məşhur “Ayrılıq” mahnısını ifa edib.