Bakıda sürücülər artıq yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər.
Medianews.az xəbər verir ki, bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.
Məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramı videsüjet hazırlayıb.