Braziliyalı reper Djonqa (əsl adı Qustavo Pereira Markes) səhnədə çıxış edərkən yanıb.
Medianews.az xəbər verir ki, həmin anın videosunu “Bild in Russian” Telegram kanalı dərc edib.
Nəşrin dərc etdiyi videoda Markesin pirotexniki qurğunun yanında gəzdiyi görünür. Qurğu sönür və alov dərhal reperin şortikinə keçir. Eyni zamanda, Djonga özü də onun yandığını dərhal hiss etmir.
Baş verənləri görən ifaçı tez şortikini çıxarır və səhnəyə qaçan insanlar əlləri ilə yanğını söndürürlər.