İstanbulda dənizə düşən vətəndaş xilas edilib.
Medianews.az Trt Haber-ə istinadən xəbər verir ki, Kadıköydən Beşiktaşa yollanana gəmiyə minən sərnişin anidən dənizə düşüb.
Hadisə saat 17:20 radələrində baş verib.
Xilasedicilər onun dənizdən çıxararaq həyatını xilas ediblər. Həmin an baş verənlər ətrafdakı sərnişinlər tərəfindən anbaan görüntülənib.
Sosial şəbəkələrdə paylaşılan video müzakirələr yaradıb.