“Adana Dəmirspor”un ulduzu Mario Balotelli İtaliyanın Breşiya şəhərində yol qəzası keçirib.
Medianews.az xəbər verir ki, təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Balotellinin xəsarət almadığı bildirilib. Zədələnmiş avtomobildən çıxarılaraq təcili yardımla xəstəxanaya çatdırılan Balotellinin qəzadan xəsarət almadan sağ çıxdığı bildirilib.
Digər tərəfdən, İtaliya mediası futbolçunun alkoqol testindən imtina etdiyi, həmçinin avtomobilindən təcili yardıma tərəf gedərkən büdrədiyi müşahidə edildiyini yazıb.
![](https://cdn.qaynarinfo.az/2023-11/78b74b8cfe30464775e170449d37364dac845ab44286446cb78ecbccf63469b6-jpg.jpg)