Rusiyada dəhşətli cinayətin görüntüləri müşahidə kameraları tərəfindən qeydə alınıb. Belə ki, kişini arvadının gözü qarşısında qəddar şəkildə öldürüblər.
Medianews.az xəbər verir ki, qorxunc görüntülər Moskvadandır. Bildirilir ki, 30 yaşlı Sergeyə bir neçə bıçaq zərbəsi vurduqdan sonra cinayətkar hadisə yerindən qaçıb gizlənmək istəyib.
Ancaq bir neçə saat sonra şübhəli saxlanılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.