“Sürətli və Qəzəbli” serialı, “Qara Adam” və “San Andreas” filmləri ilə tanınan məşhur aktyor Dueyn Conson prezidentliyə namizədliyi üçün müxtəlif partiyalardan təklif aldığını bildirib.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi qatıldığı verlişdə məlumat verib.
“Heç vaxt siyasətə girmək istəməmişəm” deyən aktyor siyasətdə bir çox şeyə nifrət etdiyini deyib.
Aktyor ilk dəfə 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ideyası ilə gündəmə gəlib və sonra siyasətə getməyəcəyini bildirib və atalıq vəzifəsinin onun üçün “ən vacib şey” olduğunu bildirib.