Amerikalı iş adamı İlon Mask rəqəmsal xidmətlər haqqında yeni qanun fonunda Avropada X sosial şəbəkəsinin (keçmiş Twitter) mümkün bloklanması ilə bağlı müzakirələr barədə xəbərləri təkzib edib.
“Business Insider-dən daha bir yalan. Onlar əsl nəşr deyillər”, – Mask mikrobloqda yazıb.
Business Insider daha əvvəl bildirmişdi ki, İlon Mask Rəqəmsal Xidmətlər Qanununa görə AB-də X sosial şəbəkəsinin bloklanmasını müzakirə edib.
AB-nin Maskın sosial şəbəkəsində uyğun olmayan məzmunun yayılmasını araşdırdığı barədə məlumatlar var idi.