Ermənistanın Baş Naziri Nikol Paşinyan bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunacaqsa, hakimiyyəti tərk edə bilər.
Medianews.az “Sputnik-Armeniya”ya istinasən xəbər verir ki, o, bunu parlamentdə hökümət saatında deyib.
Müxalifətçi deputatın sualını cavablandıran Baş Nazir vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz.
Qeyd edək ki, sentyabrın 19-da İravanda və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Etirazçılar Nikol Paşinyan hökümətinin istefasını tələb edirlər.