Sosial şəbəkələrdə yeni iPhone 15 ilə bağlı daha bir problem haqqında məlumat ortaya çıxıb. Texniki rəyçi Miles Above Tech, iPhone 15 Pro Max-da aşkar etdiyi dinamik problemi haqqında danışıb. Məlum olub ki, seriyalı smartfon istifadəçiləri də eyni problemlə qarşılaşıblar.
Dinamiklərin nasaz olduğunu aşkar edən Miles Apple şirkəti ilə əlaqə saxlayaraq onu yenisi ilə əvəz edib. Digər telefonda da eyni problem özünü göstərib. Belə ki, söhbət dinamiklərdə səsin 80%-dən çox olduğu zaman yaranan nasaz səsdən gedir.
O açıqlamasında yeni modeli istifadə edən digər vətəndaşların da eyni problemi yaşadığını bildirib:
Artıq Reddit-də bu problemlə bağlı çoxlu yazılar var:
“Buna nəyin səbəb olduğu hələ məlum deyil. Problem proqram təminatıdırsa, şirkət tez bir zamanda həll yolu tapa biləcək, lakin hardware nasazlığı halında Apple bütün smartfonları geri çağırmalı olacaq”.